Həyat yoldaşının ad gününü belə təbrik etdi - FOTO
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib.
meqale.com xəbər verir ki, müğənni həyat yoldaşının ad günü olduğunu bildirib. Birlikdə olan fotolarını paylaşan Safurə bunları yazıb:
"Gücüm, sakitliyim və əbədiliyim, ad günün mübarək. Səni sevirik!".
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.