Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib.

Sabirabadda qadın güllələnərək ÖLDÜRÜLDÜ - Qardaşı tutuldu
Sabirabadda qətl törədilib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.