Şad xəbəri həbsxanada aldı

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olub.

Şad xəbəri həbsxanada aldı
Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Məlumata görə, 69 yaşlı siyasətçinin oğlu Lui Sarkozi və onun həyat yoldaşı Natalinin oğulları dünyaya gəlib. Körpəyə babasının şərəfinə Silla Nikola adı verilib.

Bununla bağlı Lui Sarkozi sosial şəbəkə paylaşımında yazıb:

"Dünən valideyn olduq. Oğlumuz Silla Nikola Sarkozini sizə təqdim etməkdən xoşbəxtik. Qoy o, güclü və müdrik böyüsün".