Sadettin Saran sərbəst buraxıldı - VİDEO
"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.
meqale.com xəbər verir ki, Saranın prokurorluqdakı dindirilməsi başa çatdıqdan sonra ondan saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
---------- "Fənərbağça"prezidenti Sadettin Saran ifadə vermək üçün məhkəməyə gəlib.
meqale.com xəbər verir ki,İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində "şübhəli" qismində ifadə verməyə çağırılan Sadettin Saran bu gün məhkəmə binasına gəlib.
İstintaq çərçivəsində bir sıra şəxslər "narkotik maddələrin təmin edilməsi" və "narkotik maddələrin istifadəsinə yardım göstərilməsi" maddələri üzrə ittiham olunurlar. Bu çərçivədə "Fənərbağça"nın prezidenti Sadettin Saran da ifadə vermək üçün prokurorluğa çağırılıb.
Məlumata görə, həmin vaxt xaricdə olan Saran gecə saatlarında şəxsi təyyarə ilə İstanbula qayıdıb. O, Atatürk Hava Limanının Baş Aviasiya Terminalında "Fənərbağça" azarkeşləri tərəfindən qarşılanıb və daha sonra ifadə vermək üçün İstanbul məhkəməsinə yollanıb.
İstanbul Baş Prokurorluğu istintaqla bağlı əlavə açıqlama verməyib.