Şahnaz Bəylərqızı azadlığa çıxdı
Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Prosesdə məhkəmə vəsatəti təmin edib, onun ev dustaqlığına buraxılması ilə bağlı qərar verib.
Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 2-də həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.