Şahruddin “Adana Dəmirspor”dan getdi
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Dəmirspor" komandasından ayrılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.
Ötən ilin yayında "Qarabağ"dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.