Salahlı Misirdən yeni REKORD

Misir millisi Afrika Millətlər Kubokunda Zimbabve yığmasına qarşı keçirdiyi oyunda hücum göstəriciləri ilə diqqət çəkib.

Salahlı Misirdən yeni REKORD
Misir millisi Afrika Millətlər Kubokunda Zimbabve yığmasına qarşı keçirdiyi oyunda hücum göstəriciləri ilə diqqət çəkib.

meqale.com-ın xəbərinə görə, statistika şirkəti OptaJean bu məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb. Bildirilib ki, Misir yığması qarşılaşma ərzində rəqib qapısına 35 dəfə zərbə endirib və 8 real qol epizodu yaradıb. Qeyd olunan bu göstəricilər 2010-cu ildən sonra Afrika Millətlər Kuboku oyunları üçün rekord hesab olunur.

Qrup mərhələsinin ilk turunda baş tutan qarşılaşmada Misir millisi Zimbabveni 2:1 hesabı ilə məğlub edib. Matçın taleyini isə əlavə vaxtda - 90+1-ci dəqiqədə fərqlənən hücumçu Məhəmməd Salah həll edib.

Xatırladaq ki, Misir B qrupunda mübarizə aparır. Bu qrupda Misir və Zimbabvedən başqa Cənubi Afrika Respublikası və Anqola yığmaları da yer alır. Qrup mərhələsinin 2-ci və 3-cü tur oyunları 26 və 29 dekabr tarixlərində keçiriləcək.