Məşhur hücumçu 18 ay meydana çıxmadı - müqaviləsini ləğv etdilər

İtaliyanın "Milan" klubu uzun müddətdir heyətdən kənarda qalan hücumçusu Divok Oriqi ilə əməkdaşlığı dayandırıb.

Məşhur hücumçu 18 ay meydana çıxmadı - müqaviləsini ləğv etdilər
İtaliyanın "Milan" klubu uzun müddətdir heyətdən kənarda qalan hücumçusu Divok Oriqi ilə əməkdaşlığı dayandırıb.

meqale.com-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano açıqlama verib.

Bildirilib ki, 2023/2024 mövsümündə icarə əsasında İngiltərənin "Nottinqem Forest" klubunda çıxış edən belçikalı futbolçu ilə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunub.

30 yaşlı forvard son dəfə 2023-cü ilin may ayında "Milan"ın formasında meydana çıxıb. Məlumata görə, Oriqinin illik qazancı təxminən 4 milyon avro təşkil edib.

Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə "Milan" klubuna transfer olunmuşdu.