Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

Salyanda yük maşınında partlayış - Yaralılar var
Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

meqale.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə,TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.