"Şamaxı" Bakıda məğlub oldu

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

meqale.com xəbər verir ki, açılış oyununda "Səbail" doğma meydanda "Şamaxı"nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu sırada qalıb.