Samir Şərifova daha bir vəzifə verildi - SƏRƏNCAM
Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov İşçi qrupun rəhbəri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İşçi qrupun rəhbərinin müavinləri təyin ediliblər.
İşçi qrupun üzvləri aşağıdakılardır:
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyev - "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi