Şans dolu anlar: “Evini OBA ilə doldur”un üçüncü tirajının qalibləri seçildi! - VİDEO - FOTO

3 tirajlı lotereyada ümumilikdə 38 müştəri müxtəlif hədiyyələr qazandı.

Şans dolu anlar: “Evini OBA ilə doldur”un üçüncü tirajının qalibləri seçildi! - VİDEO - FOTO
3 tirajlı lotereyada ümumilikdə 38 müştəri müxtəlif hədiyyələr qazandı.

"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsinin "Evini OBA ilə doldur" adlı lotereyası artıq yekunlaşıb, 3 tirajdan ibarət olan kampaniyanın sonuncu tirajının qalibləri bəlli olub. 

Lotereyada 20 manat və üzəri alış-veriş edən 18 yaşdan yuxarı hər bir müştəri iştirak imkanı əldə edib. Üç tiraj boyunca minlərlə müştəriyə qalib olmaq şans yaradılıb. Canlı yayımda seçilən sonuncu tirajın qalibləri yataq mebeli, İphone 16 e, ipad, airfryer, tozsoran qazanıb. Ümumilikdə qaliblərə  bir birindən dəyirli 38 hədiyyə təqdim olunub. 

Təsadüfi seçimin nəticəsində Mingəçevirdən Zülfirə Nəsibova və Bakıdan Gülnarə Heydərova "Midea M7+" markalı robot tozsoran, Tovuzdan Elməddin Süleymanov, Beyləqandan Fərhad Abbasov, Bakıdan Kamil Əhədov, Güllü Məmmədova və Zamin Kərimov "Tefal" airfryer qazanıb.  

Bakıdan Namiq Əjdərov, Gəncədən Ramin Nuriyev "Eyforiya" yataq mebel dəsti, Bakıdan Xəyal Musayev və Mingəçevirdən Hikmət Mahmudov  İphone 16 e, Masallıdan Ruslan Ağazadə, Bakıdan Nərmin Cumazadə, Bakıdan Leyla Babayeva İpad qazanıblar. 

Qaliblərin seçimi tam şəffaflıqla həyata keçirilib. Bu mərhələdə münsiflər heyətində Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva, aktyor Müşfiq Şahverdiyev, aktyor-influencer Əlixan Rəcəbov, jurnalist-influencer Pərviz Hüsyen və jurnalist-influencer Zəminə Rüstəmova, təmsil olunublar.

Ümumilikdə lotereya çərçivəsində 38 hədiyyə təqdim olunub. 

"OBA" marketlər şəbəkəsi qonşularını sevindirməyə, onları dəyərli hədiyyələrlə mükafatlandırmağa davam edir.

https://www.youtube.com/watch?v=r3_7afbCP9E