Saxta spirtli içkidən 29 nəfər ÖLDÜ

Hindistanın cənubundakı Tamil Nadu ştatında onlarla insan saxta spirtli içkidən dünyasını dəyişib.

Saxta spirtli içkidən 29 nəfər ÖLDÜ
Hindistanın cənubundakı Tamil Nadu ştatında onlarla insan saxta spirtli içkidən dünyasını dəyişib.

meqale.com unikal-a istinadən xəbər verir ki,  bu barədə Ştat rəsmisi MS Prasant məlumat verib. 

O, hadisənin Kallakuriçidə baş verdiyini açıqlayıb.

Prasant qeyd edib ki, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib. Həmçinin, o, ölənlərin sayının arta biləcəyinin istisna edilmədiyini bildirib.