Seçicilərin səs verməsi üçün bütün şərait yaradılıb - Məntəqə sədri

Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin rahat şəkildə səsverməsi üçün bütün zəruri şərait yaradılıb.

Seçicilərin səs verməsi üçün bütün şərait yaradılıb - Məntəqə sədri
Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin rahat şəkildə səsverməsi üçün bütün zəruri şərait yaradılıb.

meqale.com xəbər verir ki, bunu Trend-ə 7 saylı Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsinin sədri Sevinc Nağıyeva deyib.

"Səhər saat 8-in yarısından artıq yüzlərlə seçici məntəqnin qarşısında yığılmışdı. Seçicilər çox fəal iştirak edirlər. Bütün proseslər şəffaf şəkildə keçir. Seçicilərin səsvermə hüququndan rahat şəkildə istifadə etməsi üçün bütün şərait yaradılıb", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verirlər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edir.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.