Seçicilərlə görüş üçün müəyyənləşdirilən yerlərin siyahısı AÇIQLANDI

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yerlər "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq ayrılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.