Şəhər sakinlərinin qəfil ürək tutmasının səbəbləri

Yel Universitetinin (ABŞ) mütəxəssisləri şəhər sakinləri arasında qəfil ürək tutmalarının əsas səbəbini müəyyən etdiklərini bildiriblər. 

Şəhər sakinlərinin qəfil ürək tutmasının səbəbləri
Yel Universitetinin (ABŞ) mütəxəssisləri şəhər sakinləri arasında qəfil ürək tutmalarının əsas səbəbini müəyyən etdiklərini bildiriblər. 

meqale.com-ın xarici mediaya istinadla xəbərinə görə, məlum olub ki, onlar qəfil infarktların əsas səbəblərindən birinin çirkli havada bol olan ultraincə hissəciklər olduğunu müəyyən ediblər.

Elmi iş çərçivəsində tədqiqatçılar Almaniyanın Auqsburq şəhərində baş vermiş ölümcül olmayan miokard infarktı halları haqqında məlumatları təhlil ediblər. Ümumilikdə 5898 belə epizod aşkarlanıb. Bundan əlavə, həftənin günü və şəxsin sosial statusu nəzərə alınıb.