Şəhidin qardaşı doğuldu - FOTO
Vətən müharibəsi şəhidi Yusif Ələsgərovun qardaşı dünyaya gəlib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Sevinc Abdullayeva oğul övladı dünyaya gətirib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.
Y. Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.