“Şəki" "Ordu"nu məğlub etdi

Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

“Şəki
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

meqale.com xəbər verir ki, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Şəki" B qrupunda liderdir. İyirmi xala malik olan qonaqlar üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçi"ni (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.