Selin Dion bədəninə nəzarəti itirib

Dünyaca məşhur kanadalı müğənni Selin Dion əzələ sərtliyi sindromu səbəbindən bədənini idarə edə bilmir.

Selin Dion bədəninə nəzarəti itirib
Dünyaca məşhur kanadalı müğənni Selin Dion əzələ sərtliyi sindromu səbəbindən bədənini idarə edə bilmir.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin bacısı Klodet TMZ-yə müsahibəsində danışıb. 

Onun sözlərinə görə, Selin ağrılı spazmlardan əziyyət çəkir və buna görə də hərəkətlərinə nəzarət etmir. Klodett həmçinin qeyd edib ki,  bacısı səhnəyə qayıtmaq istəyir, lakin hələlik bu mümkün deyil.

Qeyd edək ki, müğənninin ağır xəstəliyi 2022-ci ilin dekabrında məlum olub. Bu diaqnoz milyonda bir adamda rast gəlinir. May ayında o, 2024-cü ilin aprel ayına qədər bütün çıxışlarını ləğv edib.