Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir - Yenilənib
08:26
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir.
meqale.com xəbər verir ki, bunu mərhumun oğlu Samir Xanbabayev Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, atası "Qurd qapısı" məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev qaraciyərində yaranan problemdən əziyyət çəkirdi.
---------- 22:16 Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
Bu barədə meqale.com demokrat.az-a istinadən xəbər verir.
Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.