Səssiz ölüm - Dəm qazı
Hər il havaların soyuması ilə əlaqədar olaraq dəm qazı zəhərlənmələri və bunun nəticəsində ölüm halları da artır. İsti su, mətbəx və istilik sistemlərindən istifadə zamanı düzgün ventilyasiya təmin olunmadıqda evlərdə yığılan bu zəhərli qaz həyat üçün ciddi təhlükə yaradır. Təəssüf ki, bu mövzu ilə bağlı edilən xəbərdarlıqlar və təhlükəsizlik tədbirləri hələ də çox vaxt nəticəsiz qalır. Hər il qış mövsümündə dəm qazından zəhərlənən və həyatını itirən insanların sayı artır. Bəs dəm qazı ölüm hallarından necə qoruna bilərik?
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuraliyev danışıb. O bildirib ki, evlərdə istilik sistemləri və qaz qurğularının düzgün quraşdırılması, tez-tez yoxlanılması və hava axınının təmin edilməsi kimi vacib qaydalara əməl olunmasını tövsiyə edirlər.