Gündəm olan müəllim azərbaycanlı imiş
Türkiyədə ingilis dili müəlliminin geyimi ilə bağlı yayılan görüntülər sosial medianın əsas müzakirə mövzusuna çevrilib.
meqale.com xəbər verir ki, ingilis dili müəlliminin dərs zamanı çəkilən görüntüləri, onun geyim tərzi və hərəkətləri istifadəçilər tərəfindən sərt tənqid atəşinə tutulub.
Müəllimin geyimini normal hesab edənlərlə yanaşı, bu şəkildə dərs keçilməsinin qəbulolunmaz olduğunu müdafiə edənlər arasında virtual qarşıdurma yaşanıb. Narazı kütlənin bir hissəsi Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekini sosial şəbəkədə etiketləyərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib.