"Sevgili deyilik" - FOTOlar
Tanınmış türkiyəli müğənni Murat Boz aktrisa Tuba Büyüküstünlə sevgili olması ilə bağlı iddialara cavab verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Səlim Akarın yutub layihəsində danışıb.
Pop ifaçısı bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir: "Hazırda həyatımda heç kim yoxdur. Tuba sadəcə çox sevdiyim dostumdur. O komandada çox nadir tapılan dostluqlarım var. Biz onlarla ancaq serialda yox, başqa zamanlar da bir araya gəlirik".
Qeyd edək ki, M. Boz və T. Büyüküstün "Zeytin ağacı" serialında yer alıblar.