“Sevilya”da yeni baş məşqçi
Qarsiya Pimienta ilə yollarını ayıran "Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Komanda ispaniyalı mütəxəssis Xoakin Kaparrosa həvalə edilib.
69 yaşlı məşqçi cari mövsümün sonundan komandaya rəhbərlik etməyə başlayacaq.