Şeydayevin komandasından növbəti qələbə

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Tailand çempionatında növbəti oyununa çıxıb.

Şeydayevin komandasından növbəti qələbə
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Tailand çempionatında növbəti oyununa çıxıb.

meqale.com fanat.az-a istinadən xəbər verir ki, sözügedən komanda 10-cu tur çərçivəsində səfərdə "Praçuap"la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. 

Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

"Buriram Yunayted" hazırda 27 xalla 4-cü pillədə qərarlaşıb.