"Sinəmi böyütdürdüyüm üçün peşmanam" - FOTO
Dünya şöhrətli futbolçu Deyvid Bekhemin xanımı Viktoriya Bekhem şəxsi həyatı ilə bağlı açıqlama verib.
meqale.com xarici mətbuata istinadla bildirir ki, 49 yaşlı Viktoriya illər əvvəl sinəsini böyütdürməsi ilə bağlı məlumatları təkzib etsə də, 2017-ci ildə yalan dediyi üzə çıxmışdı.
Yenidən bu məsələ barəsində danışan model 90-cı illərdə etdirdiyi sinə böyütmə əməliyyatına görə peşman olduğunu dilə gətirib.
Qeyd edək ki, məşhur model 1999-cu ildə birinci övladı dünyaya gəldikdən sonra sinəsini əməliyyatla böyütdürüb.