Şirvan sakini yaşadığı binadan yıxıldı və...
Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Səlimov Şabran Vasif oğlu ehtiyatsızlıqdan yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılıb. Kəllə-beyin travması alan Ş.Səlimov Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.