Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?

Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.

Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.

Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.