“Soçi” və “Minvod”dan bu ölkəyə uçuşlar ləğv olundu
"Flydubai" dekabrın 28-dən yanvarın 5-dək Rusiyanın "Soçi" və "Mineralnıye Vodı" hava limanlarından Dubaya uçuşların ləğv edildiyini açıqlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şirkət öz tərəfdaşlarını əvvəlcədən xəbərdar edib və sərnişinlər dəyişikliklər barədə müvafiq bildirişlər alırlar.