"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, onlar Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də "Sputnik"in Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi.

O, söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan"ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.