“Start heyəti seçəndə arvadımdan soruşuram” - Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike çətin start heyəti seçimi ilə bağlı sualı zarafatla cavablandırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Bu qədər keyfiyyətli oyunçular, xüsusən də cinah oyunçuları olanda start heyəti seçmək çətindir?" sualına Enrike belə cavab verib:
"Arvadımdan soruşuram. O, futbol haqqında məndən çox bilir".
Qeyd edək ki, PSJ Fransa çempionatının turnir cədvəlinə 47 xalla başçılıq edir. Növbəti mərhələdə Luis Enrikenin yetirmələri "Brest"lə qarşılaşacaq. Matç fevralın 1-də baş tutacaq.