Stolüstü tennisçimiz təlim-məşq toplanışına yollandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.

Stolüstü tennisçimiz təlim-məşq toplanışına yollandı
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.

meqale.com Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində hazırlıq keçəcək.

Qeyd edək ki, bu gün Şanxay şəhərində yerləşən "China Table Tennis College" mərkəzində startı veriləcək toplanış yanvarın 19-da yekunlaşacaq.