Su təchizatı dayandırılır - Bu ərazilərdə

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb. Bu barədə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

Su təchizatı dayandırılır - Bu ərazilərdə

“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.

Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı martın 21-i saat 22:00-dan martın 22-si səhər saatlarınadək dayandırılıb”, – məlumatda qeyd olunub.