Sumqayıtda 48 yaşlı kişi faciəvi şəkildə öldü
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
meqale.com xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.