Sumqayıtda aşkarlanan radioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEO - FOTO

Sumqayıtda aşkarlanan radioaktiv maddə Fövqəladə Hallar Nazirliyinin "İzotop" xüsusi kombinatına aparılıb.

Sumqayıtda aşkarlanan radioaktiv maddə xüsusi kombinata aparıldı - VİDEO - FOTO
Sumqayıtda aşkarlanan radioaktiv maddə Fövqəladə Hallar Nazirliyinin "İzotop" xüsusi kombinatına aparılıb.

meqale.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub, müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.