Sumqayıtda avtomobil marketə çırpıldı - FOTOlar

Bu gün Sumqayıtda yol qəzası baş verib.

Sumqayıtda avtomobil marketə çırpıldı - FOTOlar
Bu gün Sumqayıtda yol qəzası baş verib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhərin 29-cu məhəllə adlanan hissəsində "Ravon Nexia" və "Wolksvagen Passat" markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan maşınlardan biri yol kənarındakı "AL Market"ə çırpılıb.

Qəza nəticəsində avtomobillərə və marketə ciddi ziyan dəyib.