Sumqayıtda əri tərəfindən öldürülən qadının anası açıqlama verdi - VİDEO
Məlumat verdiyimiz kimi, iyunun 26-da Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Balafər Muradov aralarında yaranmış mübahisə zamanı arvadı, 1987-ci il təvəllüdlü Leyla Muradovanı bıçaqlayaraq qətlə yetirib.
meqale.com xezerxeber.az-a istinadən bildirir ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq tədbirləri davam edir.
Leyla Muradovanın anası Zivər Səfiyeva "Xəzər Xəbər"ə hadisə barədə açıqlama verib.