Suriyadan sürpriz HƏMAS qərarı: Əhməd əl-Şara Türkiyədən qayıdan kimi...
Suriyanın yeni hökuməti Əsəd dövründə HƏMAS-a qarşı qoyulmuş bütün qadağaları ləğv edib.
meqale.com xəbər verir ki, bu barədə HƏMAS rəsmisi yerli mediaya bildirib.
Onun sözlərinə görə, HƏMAS-ın əvvəllər istifadə etdiyi, lakin bağlanan ofisləri yenidən açılıb. Digər HƏMAS rəsmiləri də Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşmək üçün yaxın günlərdə Suriyaya gedəcək.