Suriyalılar qayıdır - Türkiyədə nə dəyişəcək?

Suriyada baş verən son hadisələrin və yeni bir rejimin yaranmasının Türkiyəyə iqtisadi, sosial və siyasi təsirləri açıqlanıb.

Suriyalılar qayıdır - Türkiyədə nə dəyişəcək?
Suriyada baş verən son hadisələrin və yeni bir rejimin yaranmasının Türkiyəyə iqtisadi, sosial və siyasi təsirləri açıqlanıb.

meqale.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyəli təcrübəli iqtisadçı Dr. Mahfi Eğilmez Suriyada ciddi yenidənqurma və tikinti fəaliyyətinə başlanılacağına diqqət çəkib.

O, suriyalıların ölkələrinə qayıda biləcəyini qeyd edərək, hadisələrin iqtisadi ölçüsünü belə ümumiləşdirib:

"Bu inkişafın Türkiyəyə iqtisadi, sosial və siyasi təsirlərinin olacağını görə bilərik. Suriyada baş verən rejim dəyişikliyi ilə Əsəd rejimindən qaçıb bizə sığınan suriyalıların əhəmiyyətli bir hissəsinin ölkələrinə qayıdacağı proqnozlaşdırsaq, yanılmarıq. Böyük ölçüdə dağıdılan Suriyada ciddi yenidənqurma və tikinti işlərinə başlanacaq. Bu işləri əsasən qərb şirkətləri, o cümlədən Türkiyə şirkətləri alacaq. Suriyalıların bəziləri öz ölkələrinə qayıdacaq. Bəziləri isə burada dəyər qazanmış evlərini satıb ölkələrinə qayıdacaq. Yerdə qalan suriyalılar işini burada davam etdirəcək və Suriyada yeni işlərə başlayacaq".

Bu, Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

İqtisadçı bəzi suriyalıların ölkələrinə qayıtmasının Türkiyə iqtisadiyyatına üç fərqli təsiri ola biləcəyinə diqqət çəkib: