Suriyanın yeni lideri dünyaya çağırış etdi
Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Qərb ölkələrinə müraciət edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək. Hazırda ölkəni tərk edən cəllada qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq prioritet olmalıdır".
Jurnalistlərə görüşdə, o, hərbi forma deyil, boz kostyum və mavi köynək geyinib. İçəriyə mobil telefonlar və səsyazma cihazları buraxılmayıb.