Surroqat anadan qızı oldu - FOTO
Məşhur "Emily in Paris" serialının ulduzu Lili Kollins və rejissor həyat yoldaşı Çarli Makdauell ilk övladlarını qarşılayaraq həyatlarında yeni və sevgi dolu bir səhifə açıb. ütlük, 31 yanvar 2025-ci il tarixində dünyaya gələn qızları Tove Ceyn Makdauellin doğumunu duyğusal sosial media paylaşımları ilə elan edib.
"Dünyamızın mərkəzinə xoş gəldin, Tove Ceyn Makdauell" - cütlük bu sözlərlə sevincini ifadə edib və onlara bu prosesdə böyük dəstək olan surroqat analarına minnətdarlığını bildirib. Kollins və Makdauell duyğusal mesajlarını, körpələrinin beşikdə sakitcə yatdığı şəkil ilə tamamlayıb.