Şuşa və Xankəndidə seçki prosesini müşahidə etdik - Qazaxıstanlı deputat

Şuşa və Xankəndidə seçki prosessini müşahidə etdik

Şuşa və Xankəndidə seçki prosesini müşahidə etdik - Qazaxıstanlı deputat
Şuşa və Xankəndidə seçki prosessini müşahidə etdik

meqale.com Trend-ə istinadən bildirir ki, TÜRKPA müşahidə missiyasında iştirak edən qazaxıstanlı deputat Ahzal Kuspan Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Seçki prosesində xalqla dövlət arasında birliyi müşahidə etdik. Azərbaycan xalqının prezidentinə nə qədər inam bəslədiyinin şahidi olduq", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.