Şuşada ASAN Xidmət açılır - Xüsusi məqam
İyunun sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən həm Şuşa, həm də Xankəndi sakinləri istifadə edə biləcək.