Şuşada yaşayış binaları ilə bağlı 20 milyonluq layihə

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilməkdədir.

Şuşada yaşayış binaları ilə bağlı 20 milyonluq layihə
Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri uğurla həyata keçirilməkdədir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin göstərilməsi, eləcə də, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin 20,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.