Szinpindən Leyenə: ABŞ-ın tələsinə düşmədik...
2023-cü ilin aprelində Çin lideri Si Szinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Pekini Tayvana hücuma təhrik etdiyini deyib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Çin lideri 2023-cü ilin aprelində Avropa Komissiyasının rəhbəri ilə görüşdə Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, ABŞ-ın tələsinə düşmədiklərini söyləyib.
Çinin Vaşinqtondakı səfirliyi Szinpinin bəyanatı ilə bağlı açıqlama verməyib, lakin ABŞ-ın Tayvana silah satdığını və adadakı "separatçı qüvvələri" dəstəklədiyini qeyd edib.
Ursula fon der Leyenin nümayəndəsi AK rəhbərinin şəxsi görüşlər barədə məlumat vermədiyini bildirib.