Tacir - Əminə qalmaqalı daha da "ALOVLANDI": "Gücün çatmaz"

Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edir. 

Tacir - Əminə qalmaqalı daha da
Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edir. 

meqale.com xəbər verir ki, sənətçilər oxuduqları "Ölüm haqdır" mahnısını bölüşə bilmirlər.

Əminə "Rəngarəng" verilişində mahnını pulla aldığını və Tacirin oxuduğu eyni mahnını "Youtube"dan sildirmək hüququnun olmasını deməsi onu özündən çıxarıb. 

Tərəflər canlı efirdə bir-birini "od püskürblər". Xanım ifaçı isə verilişə telefonla bağlanıb. 

Tacir Şahmalıoğlunun "Əminə Şirini tanımıram. Onu tanımaq istəyirəm. Mənimlə bir yerdə olmayıb, səmimiyyətimi harda görüb? Onun mənim ifamı sildirməyə gücü çata bilməz. Onu sildirsə, sənətdən gedərəm" sözlərinə Əminə "Mahnının hüquqları rəsmi şəkildə məndədir. Onun şəxsiyyətinə və sənətinə söz deməyə haqqım yoxdur. Qaldı ki, mənə dərs deməyə... Mən Vaqif Gərayzadə məktəbi keçmişəm, mən kiməsə söz öyrədərəm, kimsə mənə yoxdur. Nə vaxta kimi haqqıma girəcəksiniz? Mahnının haqqını verməmisiniz, belini sındırmısınız. Deyirsiz, qabağıma qoyub söz öyrədərəm. Bilirsiz mənə kimlər söz öyrədib?" deyərək cavab verib.