Venesuelada nazirliklər birləşdirildi

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges bir sıra mühüm kadr dəyişiklikləri edib.

Venesuelada nazirliklər birləşdirildi
Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges bir sıra mühüm kadr dəyişiklikləri edib.

meqale.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

Rodriges bildirib ki, ölkənin iqtisadi inkişafında əsas rol oynayan Sənaye, Milli İstehsal və Milli Ticarət nazirliklərini birləşdirməyi qərara alıb. Yeni birləşdirilmiş quruma Luis Antonio Villeqas rəhbərlik edəcək.

Bundan əlavə, Nəqliyyat, Ekososializm, Rabitə və İnformasiya nazirliklərinin rəhbərləri də yenilənib. Qeyd olunur ki, təyin olunan bütün yeni nazirlər ya əvvəlki hökumətin üzvü olub, ya da hakim Sosialist Partiyasının üzvləridir.