Taksi qiymətləri yenidən aşağı enə bilər? - AÇIQLAMA

"Taksilərdə gediş haqqının kəskin bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atmaq olar".

Taksi qiymətləri yenidən aşağı enə bilər? - AÇIQLAMA
"Taksilərdə gediş haqqının kəskin bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atmaq olar".

meqale.com xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, hazırda taksilərdəki qiymət artımını dayandırmaq çətin olacaq:

"Çünki avtomobillərlə bağlı qoyulan məhdudiyyətlər və taksi sürücülərin imtahan verməsi kimi amillər olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, hazırkı dönəmdə taksilərdə gediş haqqının kəskin artmasının qarşısını almaq çətindir. Amma taksilərin qeydiyyata alınma prosesi, icazə və lisenziyaların verilməsi yekunlaşandan sonra qiymət məsələsi yenidən gündəmə gələ bilər".

Ekspert qeyd edib ki, taksilərlə bağlı yeni qaydaların tətbiqi bir qədər vaxt aparacaq: