Taliban musiqi alətlərini yandırdı

Taliban Əfqanıstanın Herat əyalətində musiqi alətlərini yandırıb.

Taliban musiqi alətlərini yandırdı
Taliban Əfqanıstanın Herat əyalətində musiqi alətlərini yandırıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Həşti sübh" nəşri məlumat yayıb.

Məlumata görə, musiqi alətləri əyalətin müxtəlif rayonlarından toplanıb. Yerli məmurlar sakinlərə xəbərdarlıq edib ki, musiqiyə qulaq asmaq və ifa etmək haramdır, buna əməl edilməyəcəyi təqdirdə onları ağır cəza gözləyir.