TANAP-ın ötürücülük gücü artıb

Trans-Adriatik qaz kəmərinin (TANAP) ötürücülük gücü ildə 16,3 milyard kubmetrdən ildə 17,5 milyard kubmetrədək artıb.

TANAP-ın ötürücülük gücü artıb
Trans-Adriatik qaz kəmərinin (TANAP) ötürücülük gücü ildə 16,3 milyard kubmetrdən ildə 17,5 milyard kubmetrədək artıb.

Bu barədə Trend-ə məlumatlı mənbə xəbər verib.

TANAP-ın ötürücülük gücü gələcəkdə ildə 31 milyard kubmetrə qədər artırıla bilər.

Boru kəməri ilə nəql olunan qazın həcmi 2024-cü il mayın 1-nə 62 milyard kubmetr olub.

Qeyd edək ki, TANAP "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

TANAP-ın ilkin ötürücülük gücü gələcəkdə 31 milyard kubmetrədək artırılma imkanı ilə ildə 16 milyard kubmetr qaz təşkil edir. Təqribən 6 milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.

Türkiyə ərazisində TANAP boru kəmərinin doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb. TANAP-ın işə salınma mərasimi 2018-ci il iyunun 12-də Türkiyədə Əskişəhərdə keçirilib. Türkiyəyə ilk kommersiya tədarükləri 2018-ci il iyunun 30-da başlayıb. TANAP-ın Avropa ilə birləşdirilməsinin açılış mərasimi 2019-cu il noyabrın 30-da Türkiyənin İpsala şəhərində keçirilib.

Genişləndirmə məqsədilə ildə 24 milyard kubmetr həcmində ötürmə gücünə çatmaq üçün bir neçə əlavə kompressor stansiyası lazımdır. 31 milyard kubmetr gücünə çatmaq üçün yeddi kompressor stansiyası lazım olunacaq.